Bayram günləri 40 mindən çox ağac əkilib

16:00 26.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yaz ağac əkini çərçivəsində meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində silsilə ağacəkmə və meşəbərpa tədbirləri davam etdirilir.

Hafta.az-ın məlumatına görə, Meşələrin İnkişafı Xidmətinin mütəxəssisi Cabbar Qəribov bildirib ki, bayram günləri respublikanın meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə 23 hektar ərazidə 40 000-dən çox meşəcinsli ağac tingi əkilib, 300 kq toxum səpilib.