Bayram namazının saatı müəyyənləşdi

13:20 08.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ramazan bayramının namazı aprelin 10-da qılınacaq.

Hafta.az xəbər verir ki, bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü Hacı Surxay Məmmədli bildirib.

O, bayram namazının qılınma saatını da açıqladı:

“Bayram namazı məscidlərdə saat 08:00 - 09:00 aralığında qılınacaq”.