Yazını böyüt
Yazını kiçilt
Bakı Dövlət Universitetinin Tədris prosesinin təşkili şöbəsinin müdiri dosent Adil Xasayev vəfat edib.
Universitetdən hafta.az-a verilən məlumata görə, A. Xasayev 76 yaşında COVID-19-dan vəfat edib.
O, 1968-1970-ci illər Mərkəzi Geoloji-Kəşfiyyat Elmi Tədqiqat İnstitutunun Bakı laboratoriyasında kiçik elmi işçi, 1970-ci ildə BDU-nun Faydalı qazıntılar kafedrasının əyani aspirantı olub, sonralar dosenti kimi çalışıb. O, "Faydalı qazıntı yataqlarının kəşfiyyatının texnikası" fənnini tədris edib. 1992-2016-cı illərdə Geologiya fakültəsinin dekanı vəzifəsində çalışıb.
A. Xasayev 150-dən artıq elmi əsərin, o cümlədən 2 monoqrafiya, 5 dərslik və 10-dan artıq metodik göstəriş və proqramların müəllifi olub.