BƏƏ Aya kosmik gəmi göndərən İLK MÜSƏLMAN ÖLKƏSİ OLDU

09:30 12.12.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Rəşid" adlı kosmik gəmisi kəşfiyyat məqsədilə Aya göndərilib.

Hafta.az-ın BƏƏ-nin rəsmi xəbər agentliyi olan WAM-a istinadən yazdığına görə, kosmik gəminin 5 ay sonra Ayın səthinə enməsi gözlənilsə də, BƏƏ-nin adı Aya kosmik gəmi göndərən ilk ərəb ölkəsi kimi tarixə düşdü. 

"Rəşid" Amerika kosmik gəmisi və raket istehsalçısı "SpaceX"in "Falcon 9" raketi ilə Florida ştatındakı Kape Kanaveral bazasından kosmosa buraxılıb.

Qeyd edək ki, noyabrın 30-da BƏƏ-nin kəşfiyyata göndərəcəyi kosmik gəminin buraxılış tarixi iki dəfə təxirə salınıb.  Məhəmməd bin Rəşid Kosmik Mərkəzi daha əvvəl bildirmişdi ki, kosmik gəmi Ayın səthinə 5 aya çatacaq və əsas kəşfiyyat missiyası ay günü ilə 14,5 gün çəkəcək.

Bildirilir ki, kosmik gəmi Ayın geoloji quruluşunun, qayaların, plazmanın, tozun, Ay torpağının tədqiqi, yeni texnikaların inkişafı üçün məlumatların toplanması kimi vəzifələri yerinə yetirəcək.