BƏƏ səfirliyi "1000 Ğaf ağacı əkmək" layihəsini həyata keçirir

10:33 26.12.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdki Səfirliyi 2019-cu ilin BƏƏ-də "Tolerantlıq ili" elan edilməsi ilə əlaqədar "1000 Ğaf ağacı əkmək" layihəsini həyata keçirir.

Hafta.az yazır ki, Səfirlik bu yaşıl missiyanı Azərbaycan Dövlət Neft Şirkəti ilə əməkdaşlıq çərçivəsində SOCAR Eko-Park-ın ərazisində həyata keçirib. Tədbirdə BƏƏ səfirliyinin diplomatı, xanım Nouf əl-Şəhbi də iştirak edib. 

Qeyd edək ki, bu il BƏƏ-də "Tolerantlıq ili"nin rəmzi olaraq Ğaf ağacı seçilib.