Bənazir Bhuttonun oğlu: “Ölkəmizi ayağa qaldıracağam”

10:50 11.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistan Xalq Partiyasının (PPP) sədri Bilaval Bhutto Zərdari bildirib ki, partiyanın müttəfiqləri seçkilərdən qaçır.

Hafta.az-ın dunyanewstv-yə istinadən yazdığına görə, Heydərabadda xalqa müraciət edən Bilaval, "Heydərabad həmişə partiyamızı ehtiyac duyduğunda dəstəkləyib. PPP qarşıdan gələn seçkilərdə iştiraka hazırdır” deyib və əlavə edib ki, Pakistan xalqına xidmətdə ailəsinin irsini davam etdirmək əzmindədir.

Bilaval izdihama Heydərabadın tarixi əhəmiyyətini və onun ailəsinin ictimai xidmətə sadiqliyi ilə əlaqəli olduğunu xatırladıb. O, mərhum anası Bənazir Bhuttonu və babası Zülfiqar Əli Bhuttonu Pakistana verdikləri töhfələrdən söz açıb.

Anası və keçmiş baş nazir Bənazir Bhutto haqqında danışan Bilaval bildirib ki, o, çətin vəziyyətə düşəndə belə, Heydərabad əhalisi yanında olub, onu dəstəkləyib və bir deyil, iki dəfə ölkənin baş naziri edib.

Bundan əlavə, Bilaval qadınların Pakistan siyasətindəki tarixi rolundan, onların üzləşdiyi çətinliklərdən danışıb. Siyasətçi, PPP-nin onlara qarşı təşkil edilmiş xarakter sui-qəsd kampaniyaları ilə üzləşdiyini xatırladıb və gəncləri Pakistanın üzləşdiyi problemlərin əsl səbəbləri haqqında ayıq olmağa çağırıb.

PPP sədri partiyasının xalqın rifahına sadiqliyini vurğulayıb, keçmiş baş nazir və PTI sədri ilə münasibətlərini, aralarında yaranan mübahisələri xatırladaraq, PTI hökumətini tənqid edib. Bilaval bütün vətəndaşlar üçün səhiyyə müəssisələrinin yaradılmasının vacibliyini vurğulayıb və MQM-P-ni Kəraçinin su böhranına etinasız yanaşmasına görə tənqid edib.

O, müxtəlif hökumətlər tərəfindən çoxsaylı layihələrin təklif edilməsinə baxmayaraq, Sindhdə su qıtlığı probleminin onilliklər ərzində davam etdiyinə diqqət çəkib. Bölgədə su layihələrinin təşəbbüskarı olmaqda ailəsinin səylərini xatırladan Bilalval Heydərabadda adi su böhranının həllində irəliləyişlər əldə etdiyinə görə partiyasına borclu olduğunu bildirib.

Bilalval PPP-nin PTI sədrinə bütün ölkədə heç bir siyasi məkan tapmasına imkan verməyəcəyini deyib və əlavə edib ki, siyasi marionet seçkilərdə qalib gələ bilməyəcək. “Əgər PPP-nin müttəfiqləri seçkilərdən qaçırlarsa, dayansınlar və prosesə qatılsınlar, çünki seçkilər ölkənin gələcəyini müəyyənləşdirəcək və heç bir partiya bundan çəkinməməlidir” deyən Xalq Partiyasının sədri şəhərdə abadlıq işlərini yalnız PPP-nin yekunlaşdırdığını, MQM-P-nin şəhər üçün heç bir iş görmədiyini bildirib.

Bilaval əvvəlki dövrdə partiyasının uğurlarını və inkişaf layihələrini sayıb, PPP qarşıdan gələn seçkilərdə qalib gələrsə, inkişaf layihələri ilə ölkəsini ayağa qaldıracağına söz verib.