Beqlaryan Qarabağda “peşəkar ordu”dan danışır - RUS SÜLHMƏRAMLILAR SUSUR

14:41 18.01.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

"Qarabağda orduya çağırış sistemi saxlanılacaq və müqaviləli orduya tam keçid olmayacaq".

Hafta.az xəbər verir ki, bunu rəsmən sülhməramlı sayılan Rusiya hərbçilərinin himayəsindəki  separatçı-terrorçu erməni rejiminin qanunsuz "dövlət naziri" Artak Beqlaryan mətbuat konfransında sayıqlayıb.

“Hərbi çağırışın ləğvi ilə bağlı qərar yoxdur, hətta bu cür müzakirələr də aparılmır"- deyə  A.Beqlaryan bildirib.  

Separatçı məmur xatırladıb ki, bundan əvvəl separatçı rejimin "hərbi-siyasi rəhbərliyi" bəyan etmişdi ki, "müdafiə ordusu"nda başlanılan islahatlar "peşəkar silahlı qüvvələri"n formalaşdırılmasına yönəlib və burada “müqaviləli hərbi qulluqçu”lar mühüm rol oynayacaq.

Bundan əlavə, dekabrın sonunda "polis qoşunları"nın yaradılması və onların müdafiə funksiyaları ilə təchiz edilməsi elan olunub.

Bununla bağlı "dövlət naziri" bildirib ki, müvafiq "qanun" layihəsi hazırda hazırlıq mərhələsindədir və xuntanın qanunsuz qanunverici qurumunun gündəliyinə daxil ediləcək. 

Siyasət rubrikasından digər xəbərlər