Bərdə və Ağcabədidə COVİD-19-a qarşı reyd keçirilib

16:08 23.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bərdə və Ağcabədi Rayon Polis Şöbələrinin əməkdaşları bu məqsədlə qapalı məkanlarda və ictimai nəqliyyatda yoxlama tədbirləri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan hafta.az-a verilən məlumata görə, yoxlamalar zamanı qayda pozuntusuna yol vermiş şəxslərlə maarifləndirici səpkidə söhbətlər aparılıb, bir neçə nəfər barəsində isə inzibati qaydada protokollar tərtib edilib.

Qeyd edək ki, bu cür tədbirlərin əsas məqsədi əhalinin sağlamlığı, sanitariya-gigiyena və sanitar-epidemioloji qaydaların təmini ilə yanaşı, vətəndaşlarda cəmiyyət qarşısında daşıdıqları məsuliyyət hissinin artırılmasıdır.

Oxunma sayı 35