Bərdədə 10 gün əvvəl kanalda batan qızın cəsədi tapıldı

17:32 29.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bərdədə 10 gün əvvəl kanalda batan 17 yaşlı qızın cəsədi tapılıb.

Hafta.az apa-ya istinadla xəbər verir ki, martın 19-da kanalda batan 2008-ci təvəllüdlü Gülçin Xəlilova Qarabağ kanalında, Qaraqoyunlu kəndi ərazisində aşkarlanıb.

Meyit müayinə üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokrorluğunda araşdırma aparılır.