Yazını böyüt
Yazını kiçilt
Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, iyulun 28-də saat 21 radələrində Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində Türkmən kənd sakini V.Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Xanərəb kənd sakini Fərmayıl Rüstəmovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.