Bərdədə zibillikdə tapılan qadınla bağlı rəsmi açıqlama

22:38 27.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyi Bərdədə zibillik ərazidə halsız vəziyyətdə tapılan qadınla bağlı açıqlama yayıb. 

DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, Bərdə rayonunun Qasımbəyli kəndində yolun kənarında anlaqsız vəziyyətdə qadın tapılaraq dərhal xəstəxanaya yerləşdirilib.

Müayinə zamanı onun spirtli içkinin təsirindən anlaqsız hala düşdüyü müəyyən olunub.

Hazırda qadının müalicəsi davam etdirilir.