Yazını böyüt
Yazını kiçilt
Bakı-Şamaxı yolunda 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hafta.az-a bildirilib ki, bu gün səhər saatlarında Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində “Kia” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1-i azyaşlı olmaqla 5 nəfər vəfat edib. Xəsarət alan 1 nəfər isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.