Beşbarmaqda maşından meyit tapıldı

17:08 06.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün saat 04:50 radələrində Bakı-Quba yolunda avtomobildən meyit tapılıb.

Hafta.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Quba-Bakı yolunun Zarat kəndindən keçən hissəsində - Beşbarmaq adlanan ərazidə dayanan “Mercedes” markalı avtomobilin sürücü oturacağında meyit aşkar edilib.

Ölən şəxsin Şabran rayon sakini 1995-cil il təvəllüdlü Cəbrayılov Təbriz İlqar oğlu olması müəyəyn edilib.

Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.