Beşmərtəbəli binada yanğın olub

21:00 06.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda beşmərtəbəli binada yanğın olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 63 kvadratmetr olan mənzilin 1 otağında qapı və qismən ev əşyaları yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.