Beyləqan-Daşburun istiqaməti ilə hərəkət edən yük qatarında yanğın olub

23:15 10.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus yük qatarında yanğın olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, Saatlı şəhərində Beyləqan-Daşburun istiqaməti ilə hərəkət edən 8 ədəd vaqondan ibarət yük qatarının bir vaqonunda taxta şpal yanıb. Teplovoz və digər vaqonlar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.