Beyləqanda yanğın olub

22:45 03.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beyləqanda yanğın hadisəsi qeydə alınıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Beyləqan rayonunda ümumi sahəsi 49 m² olan birmərtəbəli evin dam örtüyünün taxta atmaları 15 m² sahədə, yaxınlıqda yığılan 34 ton ot bağlamasının 6 tonu və ümumi sahəsi 58 m² olan qamışdan ibarət köməkçi tikili yanıb. Evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.