Beynəlxalq konfransda Şuşa qədim türk yurdu kimi təqdim edildi - Boran Əziz

16:07 20.05.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

17-18 may 2022-ci ildə İstanbul şəhərində Mərmərə Universitetinin Türkiyə Araşdırmaları İnstitutu Umraniyyə bələdiyyəsi ilə birlikdə aktual, elmi baxımdan əhəmiyyətli olan bir mövzuda -“Türk tarixinin qədim şəhərləri” adlı Beynəlxalq elmi konfras keçirdi .Qeyd edim ki, bəhs edilən institut əvvəlki illərdə “Türk tarixində Liderlər”,”Türk dünyasının mənəvi liderləri” və s. mövzularda yüksək səviyyəli Beynəlxalq elmi simpoziumlar  təşkil edib”.

Bu haqda hafta.az-a açıqlamasında “Türk tarixinin qədim şəhərləri”  adlı İstanbul beynəlxalq konfransından qayıtmış Bakı Dövlət Universitetinin müəllimi Boran Əziz məlumat verib.                                                                                                                                              

“İki gün ərzində davam edən son İstanbul simpoziumunda Türküstandan Balkanlara, Qafqazlardan Anadoluya, Ərəbistandan Təbrizə qədər türk xalqlarının yaratdığı, uzun əsrlər boyu idarə etdiyi 23 şəhərin tarixinin müxtəlif cəhətləri, bu şəhərlərin türk, İslam və dünya tarixinin, mədəniyyətinin gedişinə təsiri elmi müzakirə obyekti oldu” – davamında bunları söyləyən tarixçi alim beynəlxalq tədbirdə öz iştirakından da bəhs edib:

“Maraqlı keçən konransda iştirakçılara Azərbaycanın Şuşa, Gəncə və Şəki şəhərlərinin tarixi, onların ümumtürk və islam mədəniyyətindəki yeri barədə ətrafli məlumat verildi. Konransın elmi kurulunun üzvü olaraq mən də “Qarabağnamələrdə qədim türk yurdu olan Şuşa şəhərinin tarixi” mövzusunda çıxış etdim.  Cədvəllər əsasında, təqdimat formasında edilən elmi çıxış iştirakçılar tərəfindən maraqla qarşılandı”.

“Konfrans iştirakçıları Mərmərə Universitetinin Türkiyə Araşdırmaları İnstitunun kollektivinin, onun rəhbəri professor O.Yeşilotun insanlığın, türk və müsəlman dünyası qardaşlığının, həmrəylinin yaradılması istiqamətində yorulmadan çalışmalarını vacib və əhəmiyyətli iş kimi qiymətləndiriblər” -deyə professor bildirib.

Oxunma sayı 33