“Beypazarı” mineral sularının satışı qadağan edildi

09:15 17.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsveçrə Federal Qida Təhlükəsizliyi və Baytarlıq İdarəsi “Beypazarı” markalı mineral suda həddindən artıq borun aşkar edildiyini bildirib.

Hafta.az-ın yazdığına görə, idarənin açıqladığı ictimai xəbərdarlıqda məhsulun istehlakının sağlamlığa təhlükə yaratdığı bildirilib və istehlak edilməməsi tövsiyə olunub. Bildirilib ki, İsveçrədə mineral suyun distribütoru olan BAK-SAN GmbH dərhal məhsulu satışdan çıxarıb və geri çağırma prosedurlarına başlayıb.

İsveçrə Federal Qida Təhlükəsizliyi və Baytarlıq İdarəsi tərəfindən edilən açıqlamada yüksək miqdarda borun dölün inkişafına və məhsuldarlığına təsir etdiyi düşünülür. Açıqlamada, "Bu səbəblə məhsulun uzun müddətli sağlamlıq riski göz ardı edilə bilməz" deyilib.

Oxunma sayı 33