Biləsuvarda tövlədə 32 yaşlı kişinin meyiti tapılıb

19:07 30.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Biləsuvar rayonunda kişi meyiti tapılıb.

Hafta.az-ın verdiyi xəbərə görə, meyit rayonun Əsgərabad kəndində aşkarlanıb.

Belə ki, 1993-cü il təvəllüdlü Nicat Vüqar oğlu Kazımlı yaşadığı mənzilin həyətində olan tövlədə ölü tapılıb. Onun hansı şəraitdə öldüyü araşdırılır.

Faktla bağlı araşdırma davam etdirilir. APA