Binəqədidə qanunsuz tikili söküldü -VİDEO

11:36 19.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Hafta.az FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, Bakı şəhəri, Binəqədi rayonunun Süleyman Sani Axundov küçəsində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mövcud qeyri-yaşayış sahəsinin ön hisəssində və Biləcəri qəsəbəsi ərazisində avtoservisin həyətində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz quraşdırlan metal konsturuksiyalar sökülüb.