Binəqədidə qaz kəsiləcək

22:20 04.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Binəqədi rayonu, 7-ci Mikrorayon, Abay Kunanbayev küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması və Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi ünvanında COP-29 proqramına əsasən orta təzyiqli qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə 05.04.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

"Azəriqaz"dan hafta.az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonunun Abay Kunanbayev, Fərman Məlikov, Süleyman Sani Axundov, İlham Hacıyev küçələrində və Biləcəri qəsəbəsinin Məlik Aslanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.