Bir ailənin 6 üzvü dəm qazından zəhərləndi

10:28 25.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Biləsuvarda 6 nəfər dəm qazından zəhərlənib.

Hafta.az xəbər verir ki, hadisə rayonun Çinarlı kəndində baş verib.

Fərdi yaşayış evindən 6 nəfər - Səidə Əmirova, Saleh Ağayev, Sevda Ağayeva, Əli Ağayev, Zümrüd Ağazadə və Gülay Ağayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.