Bir gündə 3 minə yaxın vaksin vurulub

17:46 26.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada 2933 nəfər vaksinasiya olunub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, gün ərzində birinci doza vaksinlərin sayı 354, ikinci doza vaksinlərin sayı 268 təşkil edib.

 

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 2086-dır. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 225 olub.

 

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 715 913, birinci doza peyvəndlərin ümumi sayı 5 346 872, ikinci doza vaksinlərin sayı 4 848 256 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 275 580, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 245 205 olub.