Bir gündə ikinci zəlzələ

12:31 08.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 8-də Lerik rayonunun ərazisində 3 bal gücündə ikinci zəlzələ baş verib. 

Hafta.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 06:33-da Yardımlı stansiyasından 21 kilometr qərbdə Lerik ərazisində qeydə alınıb. Ocağı 12 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, birinci zəlzələ saat 23:13-da Lerik stansiyasından 18 kilometr şərqdə Lerik ərazisində zəlzələ baş verib.