Bir gündə Nyu York sakinlərindən 3 min silah yığıldı

13:00 02.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Nyu-York əyalətində başladılan silah geri alma təcrübəsində minlərlə silah səlahiyyətlilərə təhvil verilib.

Hafta.az-ın "New York Post"a istinadən yazdığına görə, Nyu York Baş prokuroru Letitia Ceyms şənbə günü əyalətdə 9 fərqli nöqtədə qurulan mərkəzlərdə həyata keçirilən proqramda toplam 3076 silahın geri alındığını bildirib. Əldə edilən hər bir silahın küçədə baş verə biləcək zorakılığın qarşısını aldığını vurğulayan Ceyms, onlardan 751-nin əyalətin Sirakuza rayonunda toplandığını deyib. Baş Prokuror bunun bir ştatda oxşar gerisatın alma təcrübələrində toplanan ən çox silah olduğunu söyləsə də, silahlar arasında çoxlu tüfəngin olduğunu da qeyd edib.

“Biz bu silahların küçələrimizdən toplanmasına və evlərimizdən çıxarılmasına kömək etdikləri üçün hüquq-mühafizə orqanları, hökumətdəki bütün tərəfdaşlarımıza təşəkkür edirik. Nyu Yorkluları silah zorakılığından qorumaq üçün əlimizdən gələni etməyə davam edəcəyik", - o, deyib.

Ceyms qeyd edib ki, yalnız Bruklindəki kilsədə üç saat ərzində 90 silah toplanıb.

Nyu York Baş Prokurorluğunun silahlı zorakılıqla mübarizə çərçivəsində başlatdığı prosesdə tüfənglərini və ya tapançalarını təslim edən vətəndaşlara silahbaşına 500 dollar verilib. Ov tüfəngləri 75 dollar, 3 D çap edilmiş və ya antik dərəcəli silahların hər birinə 25 dollar verilib.

ABŞ prezidenti Co Bayden avqustda silahların istehsalı üçün istifadə olunan hissələrin onlayn alışını qadağan etmişdi.

Ölkənin qeyri-kommersiya təşkilatı olan Silah Zorakılığı Arxivinin məlumatına görə, bu il aprelin 30-na olan məlumata görə, Birləşmiş Ştatlarda 13839 nəfər silahlı zorakılıq nəticəsində həlak olub.