Bir ildə iki dəfə lotereyada cekpot uddu

18:21 05.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Miçiqan ştatının sakini bir il ərzində iki dəfə lotereya cekpotunu vurub və böyük uduşlar qazanıb. Bu barədə UPI xəbər agentliyi məlumat yayıb.

Kişi onlayn oyunlar oynamağı xoşladığını deyib. İlk dəfə fevral ayında amerikalının bəxti gətirib - o, 261,9 min dollar udub. İyulda onu daha böyük sürpriz gözləyirdi: bu dəfə onun uduşu 573,6 min dollar təşkil edib.

“İlk dəfə qalib gələndə böyük sürpriz oldu. Amma ikinci dəfə qalib gəlmək daha heyrətamiz idi”, - deyə o vurğulayıb.

Kişi ümid edir ki, alınan pul ona daha tez pensiyaya çıxmağa və ailəsi ilə daha çox vaxt keçirməyə imkan verəcək.