Yazını böyüt
Yazını kiçilt
Azərbaycanlı model Diana Əhədpur hərracda kokteylə 70 min manat (37 500 avro) ödəyib.
Hafta.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
D.Əhədpurun Dubayda iştirak etdiyi restoranların birində spirtli içkilərdən hazırlanan bir qədəh kokteyl hərraca çıxarılıb.
Diana isə ona ən çox məbləğ deyən qonaq olub. O, dünyanın ən dəbdəbəli kokteylinə 37 500 avro (təxminən 70 012 manat) ödəyib. Kokteyl 1937, 1950 və 1930-cu illərə aid olan içkilərdən hazırlanıb.
Qeyd edək ki, Diana iran əsilli biznesmen Manuçehr Əhədpurla ailəlidir. Birləşmiş Ərəb Əmirliyində yaşayan Diananın bir oğlu var.