Birinci rübdə dövlət büdcəsinin artıqlığı yaranıb

13:12 22.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2026-cı ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9 milyard 598,6 milyon manat, xərcləri 7 milyard 817,1 milyon manat olub və 1 milyard 781,5 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.

Bu barədə Hafta.az-a Maliyyə Nazirliyindən verilən məlumatda bildirilir.

2026-cı ilin I rübü üzrə dövlət büdcəsinin gəlirləri 9 milyard 140,1 milyon manat proqnoza qarşı 9 milyard 598,6 milyon manat və yaxud 458,5 milyon manat (5 faiz) çox icra edilib. Bu cari ilin dövlət büdcəsinin illik proqnozlaşdırılan gəlirlərinin 24,9 faizinə bərabərdir.