Birmərtəbəli evdə yanğın olub

22:48 20.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bərdə rayonunun Lək kəndində ümumi sahəsi 72 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 36 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildirilib ki, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 8 m² sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.