Bitcoin niyə ucuzlaşır?

09:34 06.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ən böyük kriptovalyuta olan Bitcoin, son 24 saatda 13 faizdən çox ucuzlaşaraq 48900 dollara düşüb. Lakin bu səviyyədən alışlarla yenidən 50 min dolları keçib.

Hafta.az-ın yazdığına görə, Coinmarketcap məlumatlarında deyilir ki, kriptovalyutaların ümumi bazar dəyəri son 24 saatda 2,1 trilyon dollardan 1,82 trilyon dollara qədər azalıb. Bundan əlavə, Ethereum-da azalma 20 faiz civarındadır.

ETF müraciətləri qısa müddətdə təsdiqlənən Ethereum, təxminən 20 faiz ucuzlaşaraq 2110 dollara enib. İkinci ən böyük kriptovalyuta yanvardan bəri ən aşağı səviyyəyə çatıb.

Bu azalma ilə kriptovalyuta bazarından cəmi 1 milyard dollardan çox mövqe silinib. Fyuçers əməliyyatlarında 878 milyard dollar dəyərində uzun mövqelər və 128 milyard dollarlıq qısa mövqelər ləğv edilib.

Bitcoin-in ucuzlaşmasının əsas səbəblərindən biri tənəzzül və geosiyasi gərginliklər olaraq görülür. ABŞ-dan gələn son sənaye və məşğulluq məlumatları tənəzzül qorxusunu artırıb. İyulda ölkədə məşğulluq artımı gözləntilərin altında qalıb, işsizlik səviyyəsi son 4 ilin ən yüksək səviyyəsinə yüksəlib.

Digər tərəfdən, İran, Livan və İsrail arasındakı gərginlik, həmçinin Həmas lideri İsmayıl Haniyənin öldürülməsi investorları daha təhlükəsiz sığınacaqlara itələyib. Qızıl və dollarda artım müşahidə edilərkən, birjalar və kriptovalyutalarda azalma müşahidə olunub.