Biz danışıqlarda istənilən nəticəni almadıq - Zelenski

09:21 01.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev Moskva ilə danışıqlarda hələ də istənilən nəticəni əldə etməyib.

Hafta.az  xəbər verir ki,  bu barədə Ukrayna lideri videomüraciətdə bildirib. Onun sözlərinə görə, Kiyev öz nümayəndə heyətinin qayıtmasından sonra Rusiya ilə danışıqların nəticəsini təhlil edəcək və danışıqların ikinci raundunun hansı formatda keçiriləcəyinə qərar verəcək.

Qeyd edək ki, ötən gün Belarusun Qomel şəhərində Rusiya və Ukrayna arasında danışıqların ilk raundu baş tutub.