Blinken: ABŞ hər kəsin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinin tərəfdarıdır

17:23 23.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Qarabağdakı hadisələr fonunda hər kəsin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinin tərəfdarıdır.

APA “Anadolu”ya istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycanın Qarabağdakı ərazi bütövlüyünü bərpa etmək hüququnu tanıyıb-tanınmaması ilə bağlı suala dövlət katibi Antoni Blinken deyib.

“Söhbət suverenlik, ərazi bütövlüyü, müstəqillikdən gedirsə, biz bu təklifləri maraqlandıran hər kəs üçün dəstəkləyirik”, - o deyib.

Blinken vurğulayıb ki, ABŞ son 24 saat ərzində Bakı və Qarabağdakı etnik ermənilərin nümayəndələri ilə müzakirələr də daxil olmaqla, bütün maraqlı tərəflərlə sıx əlaqə saxlayır.

Oxunma sayı 58
Siyasət rubrikasından digər xəbərlər