BMT Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması səylərinə görə Rusiyaya minnətdardır

23:28 10.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

BMT Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması səylərinə görə Rusiyaya minnətdarlığını bildirir.

Hafta.az-ın məlumatına görə, bunu brifinq zamanı BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

S.Düjarrik deyib ki, BMT Baş katibi Antonio Quterreş razılaşmanın əldə edilməsini rahatlıq hissi ilə qarşılayıb:

"Rusiya hakimiyyətinə etdiklərinə görə çox minnətdarıq".

Baş katibin nümayəndəsi BMT-nin diqqətinin "hər zaman həyatların qorunması və hərbi əməliyyatları dayandırmaq və humanitar keçidinə yönəldiyini" vurğuladı.