BMT Təhlükəsizlik Şurasında ölkəmizə qarşı keçirilən müzakirələri qərəzli və heç bir hüquqi, siyasi əsası olmayan təşəbbüs hesab edirəm.
Bunu hafta.az-a politoloq Mətin Məmmədli BMT TŞ-da Azərbaycana qarşı keçirilən müzakirələrlə bağlı bildirib.
Ekspert qeyd edib ki, Azərbaycan antiterror əməliyyatlarını beynəlxalq hüquqla tanınan ərazisində, ərazi bütövlüyünə, suverenliyinə təhdid yaradan terrorçu qüvvələrə, qeyri-qanuni hərbi birləşmələrə qarşı həyata keçirdib. Beynəlxalq hüquq və ölkənin maraq və mənafelərinə uyğun keçirilən antiterror tədbirlərinə qarşı BMT TŞ-da hər hansı bir məsələnin müzakirəyə çıxarmaq heç bir normaya çığışmır.
“Nəticələr gözlənildiyi kimi oldu, heç bir qərar qəbul olunmadı. Çünki Fransa ilə BMT TŞ-da təmsil olunan bəzi dövlətlər arasında münasibətlər bu ölkənin təşəbbüsü ilə hər hansı qərarın qəbul olunmasına imkan vermir. Eyni zamanda Azərbaycanın BMT-də tərəfdaşlıq münasibətlərində olduğu daimi və qeyri daimi üzvlər var. Bu faktor da ölkəmizə qaşı hər hansı qərəzli qətnamənin qəbul olunmasına imkan verə bilməzdi.BMT-niin ali orqanında qərəzli qətnamənin qəbul olunması ilk növbədə bu təşkilatın nüfuzuna, statusuna ciddi zərbə vurardı”.
M.Məmmədli Azərbaycanın BMT-də ölkəmizə qarşı planlaşdırılan məqsədlərin həyata keçirilməsinə imkan vermədiyini Fransanın, Ermənistanın növbəti uğursuzluğu kimi dəyərləndirib.