“Boeing”dən Kiyevə hərbi yardım təklifi

15:50 28.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

“Reuters” xəbər verir ki, “Boeing” Ukraynaya yerüstü raket sistemləri üçün təmas xəttindən xeyli kənarda zərbələr endirmək üçün dəqiq idarə olunan döyüş sursatları ilə təchiz etməyi təklif edib.

GLSDB sistemi Ukraynaya 2023-cü ilin yazında təhvil verilə bilər. O, Kiçik Diametrli Sursatları (SDB) ABŞ tərəfindən geniş istifadə olunan M26 raket mühərriki ilə birləşdirir.

Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirmişdi ki, ukraynalı tərəfdaşlar Kiyev üçün silah almaq üçün üçüncü ölkələrlə işləyirlər.

O, həmçinin bəyan edib ki, Avropa İttifaqı (Aİ) ölkələrinin Ukraynanı dəstəkləməkdən “yorulmağa” haqqı yoxdur. O, Aİ-ni şübhələri kənara atmağa və Rusiyaya qarşı yeni sanksiyalar paketi üzərində razılığa gəlməyə çağırıb.

Oxunma sayı 1731