Yazını böyüt
Yazını kiçilt
Böyük Britaniya Müdafiə Nazirliyi 2023-cü ildə Müdafiə Satış İdarəsi vasitəsilə satılacaq hərbi texnika siyahısına 14 ədəd C-130J hərbi nəqliyyat təyyarəsini əlavə edib. Hafta.az bildirir ki, bu barədə “Airforce Technology” nəşri məlumat yayıb.
Bunun əvəzinə Kral Hərbi Hava Qüvvələri daha böyük A400 Atlas təyyarəsindən istifadə etməyi planlaşdırır.
Hərbi təyyarələrin pərakəndə satışında Hərbi Hava Qüvvələrinin əsas tərəfdaşı Britaniyanın Marshall Aerospace şirkəti olacaq və istismardan çıxarılan təyyarələrin istismara verilməsi və modernləşdirilməsini öz üzərinə götürəcək.