London Rusiyaya qarşı sanksiyalar siyahısına 22 yeni vəzifəдштш əlavə edib. Bu barədə krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Siyahıya, xüsusən də baş nazirin müavini, Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturov, Federal Penitensiar Xidmətin direktoru Arkadi Qostev, Rusiya Federasiyası MSK-nın rəhbəri Ella Pamfilova daxildir. Rusiya Federal Penitensiar Xidmətinin Rostov vilayəti üzrə rəhbəri Dmitri Bezrukix və Rusiya Federal Penitensiar Xidmətinin Tula vilayəti üzrə rəhbəri İvan Prokopenko da məhdudiyyətlərə məruz qalıb.
Bundan əlavə, Rusiya Federasiyasının vilayətlərinin hərbi komissarları və Rusiya vilayətlərinin rəhbərləri Britaniyanın sanksiya siyahısına daxil edilib.
Bu günə qədər London sanksiyaları 1,2 mindən çox fiziki və 120 hüquqi şəxsə təsir edib.