Sentyabrın 28-də "Hayastan" fraksiyasının rəhbəri Seyran Ohanyan, üzvlər Anna Qriqoryan, Artur Qazinyan, Aram Vardevanyan və Artur Xaçatryan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Con Qallaxer ilə görüşüblər.
Hafta.az xəbər verir ki, bu haqqda News.am saytı məlumat yayıb.
Səfiri parlamentdə salamlayan Azərbaycan dövlətinin İnterpolla axtarışa verdiyi Xocalı qatili Seyran Ohanyan Ermənistan-Britaniya əlaqələrinin, iki ölkə arasında mövcud siyasi dialoqun inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Digər Xocalı canisi separatçı-terrorçu eks-prezidentin lideri olduğu blokun üzvləri olan erməni deputatlar öz şakərlərinə sadiq qalaraq 44 günlük müharibə zamanı Azərbaycanın torpaqları uğrunda haqlı savaşı barədə hədyanlar, böhtanlar uydurublar.
“Hayastan” fraksiyasının üzvləri blok üzvlərinin “Paşinyan hökuməti tərəfindən siyasi təqibinə toxunaraq parlament nümayəndə heyətlərinin üzvü olan fraksiya deputatların xaricə səfərlərinin əsassız olaraq əngəllənməsindən şikayətləniblər”.