Yazını böyüt
Yazını kiçilt
Böyük Britaniya hakimiyyəti iranlı iş adamları və rəsmilərinə Rusiyaya pilotsuz təyyarələrin tədarükündə iştirak etmək ittihamı ilə yeni sanksiyalar tətbiq edib. Bu barədə Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Sanksiyalar “Oje Pərvaz Mado Nafar” şirkətinə, onun direktoru Yusif Abutalebiyə təsir edib. Bundan əlavə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Abdulla Mehrabi və İran Aviasiya Sənayesi Təşkilatının rəhbəri Afşin Haceh Farda qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.