Britaniya iranlı naziri qara siyahıya saldı

20:36 02.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniya İrana növbəti sanksiyalar tətbiq edib.

Hafta.az xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb.

Məlumata görə, 10 fiziki şəxsə və 1 təşkilata qarşı sanksiyalar tətbiq olunub. Sanksiyaya məruz qalanlar İranın daxili işlər naziri İsgəndər Mömini də var.

Sanksiyaların insan hüquqlarının pozulmasına, dinc nümayişlərə qoyulan məhdudiyyətlərə görə tətbiq olunduğu vurğulanıb./axar.az/