Britaniya Kiyevə 304 milyon dollarlıq sursat verəcək

11:03 19.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniya 2023-cü ildə 250 milyon funt sterlinq (təxminən 304 milyon dollar) dəyərində müqavilə çərçivəsində Ukraynaya "yüz minlərlə" artilleriya sursatı tədarük edəcək. Müvafiq bəyanatı baş nazir Rişi Sunakın ofisi siyasətçinin Riqada Şimali Avropa, Baltikyanı ölkələr və Hollandiyadan olan həmkarları ilə görüşü ərəfəsində dərc edib.

Ofisdən verilən mesajda qeyd olunur ki, Sunak bu ölkələrin liderlərini 2023-cü ildə Ukraynaya dəstəyi davam etdirməyə və ya 2022-ci ilə nisbətən səviyyəsini artırmağa çağırmaq niyyətindədir.
Britaniya öz növbəsində “2023-cü il ərzində Ukraynaya kritik artilleriya sursatlarının daimi axınını təmin etmək” niyyətindədir”, - deyə məlumatda bildirilir.