Yazını böyüt
Yazını kiçilt
Böyük Britaniya Rusiyanın Ukrayna infrastrukturuna endirdiyi zərbələrə cavab olaraq Rusiyanın 12 böyük hərbi liderinə, üç iranlı iş adamı və rəsmisinə və bir İran şirkətinə qarşı sanksiya tətbiq edib. Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin dərc etdiyi sanksiyalar siyahısında deyilir.
Böyük Britaniyaya girişə qadağa qoyulmasını və aşkar edildiyi təqdirdə aktivlərin dondurulmasını nəzərdə tutan məhdudlaşdırıcı tədbirlər, xüsusən, general-polkovnik Mixail Teplinski, general-polkovnik Sergey Karakaev, general-leytenant Mixail Matveevski, Nikolay Parşin, Aleksandr Sançikə tətbiq olunub.