Anglo-Hind transmilli konqlomerat Hinduja Group-un sədri və Britaniyanın ən varlı ailəsinin başçısı Srichand Hinduca vəfat edib. “The Guardian” xəbər verir ki, bu məlumatı kişinin ailəsi təsdiqləyib.
Milyarder 87 yaşında vəfat edib. KİV-in məlumatına görə, iş adamı demensiyadan əziyyət çəkirmiş.
1990-cı illərdən bəri, sahibkar ardıcıl olaraq Böyük Britaniya və Asiyanın ən varlı adamları arasında yer alır. The Sunday Times-a görə, 2022-ci ildə Srichand Hinduja, qardaşı Qopiçand ilə birlikdə təxminən 28,47 milyard funt sterlinq (35,4 milyard dollar) sərvəti ilə Böyük Britaniyanın ən zəngin siyahısına başçılıq edir.
1914-cü ildə Hindistanda qurulan Hinduja Group-un müxtəlif sənaye sahələrində bir neçə törəmə şirkəti var. Onların arasında avtomobil sənayesi, maliyyə, neft-qaz sənayesi, media, telekommunikasiya və səhiyyə var.