Bu ailədə 75 ildən sonra İLK QIZ UŞAĞI DÜNYAYA GƏLDİ

19:52 21.01.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İngiltərənin Northfleet şəhərində, Kentdə, 75 ildir yalnız oğlanların doğulduğu bir ailə 1947-ci ildən bəri Maeva adlı ilk qızın doğulmasını qeyd edib. Hafta.az bu barədə Daily Mirror-a istinadla məlumat verir.

Maevanın 100 yaşlı ulu nənəsi Qven Smit çoxdan gözlənilən nəvəsindən xüsusilə razı qalıb. Smit qocalar evində yaşadığı üçün ailəsi qızın ad gününü geniş formatda qeyd etmək üçün rəhbərliklə danışıqlar aparmalı olub. Şənliyə ailənin beş nəsli toplaşıb: qonaqlar arasında britaniyalı qadının beş nəvəsi, səkkiz nəticəsi və altı kötücəsi də olub.

Smit 28 fevral 1921-ci ildə anadan olub, 16 yaşında Ron adlı gənclə tanış olub və 1940-cı ildə onunla evlənib. Toydan sonra Ron Böyük Britaniyanın mühəndis qoşunlarının tərkibində beş il müddətinə xaricə göndərilib. Yenidən görüşdükdən sonra cütlük uzun illər səyahət etməkdən həzz alıb, iki qızı Qloriya və Sandranı böyüdüb.

Oxunma sayı 902