Bu ət məhsulları satışdan çıxarıldı

18:31 26.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və Daxili İşlər Nazirliyinin rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı Cəlilabad rayonunun Cavadxan küçəsində fiziki şəxs Quliyev Şamil Əzim oğluna məxsus ət satışı məntəqəsində ətlərin baytarlıq ekspertizasından keçirilmədən satışa çıxarıldığı aşkarlanıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən hafta.az-a verilən məlumata görə, faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib.

Ət məhsulları satışdan çıxarılaraq möhürlənib, nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Araşdırmalar davam etdirilir.