“Bu yolla həm Ermənistanla razılaşmaya yaxınlaşmaq olar, həm də Azərbaycana qarşı müxtəlif istiqamətlərdən təzyiqləri neytrallaşdırmaq mümkündür. Çünki əgər iki tərəf daimi müzakirələr aparırsa, üçüncü tərəf bu müddətdə birtərəfli mövqeyi ilə vəziyyəti gərginləşdirməkdən çəkinmək məcburiyyətindədir”.
Bunu hafta.az-a politoloq Elxan Şahinoğlu Azərbaycan-Ermənistan nazir müavinlərinin Qazaxda keçirilən görüşünün əhəmiyyəti ilə bağlı bildirib.
E.Şahinoğlu hesab edir ki, sərhəd mövzularını müzakirə etmək məqsədilə növbəti görüşü faydalı hesab etmək olar.
“Bu görüşdən və ya görüşlər seriyasından nəticə çıxmayacaq. Bütün hallarda bu prosesi davam etdirmək lazımdır. Ermənistanı mümkün qədər daha çox birbaşa görüşlərə və müzakirələrə cəlb etməyə ehtiyac var”.