Yazını böyüt
Yazını kiçilt
Bu gün Azərbaycanda Bilik günüdür.
Hafta.az xəbər verir ki, 2023-2024-cü tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 milyon 612 min 294 şagird təhsil alacaq.
Qeyd edək ki, 135 000 uşaq birinci sinfə gedəcək, 80 273 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq. Bundan başqa, 114 484 uşaq məktəbəqədər təhsil müəssisəsinə (uşaq bağçası) gedəcək.