Bu gün Qazaxıstanda ilk milli telemarafon keçiriləcək

11:00 30.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Qazaxıstanda “Biz Birgəmiz” milli telemarafonu keçiriləcək.

Hafta.az-ın Kazinform-a istinadən yazdığına görə, Qazaxıstan Xalqlarının Birlik Günü ərəfəsində ilk dəfə olaraq təşkil olunacaq “Biz Birgəmiz” milli telemarafonu yerli vaxtla saat 17:00-da respublikada fəaliyyət göstərən 10 telekanalda canlı yayımlanacaq.

“Qazaqstan”, “Xəbər”, “Jibek Joly”, “Avrasiya”, “KTK”, “31 Arna”, “AtamekenBusiness”, “Astana TV”, “Almaty TV” və “Kanal7” telekanallarında beş saatlıq canlı yayımda qazaxıstanlılar daşqınlardan zərər çəkmiş insanların, xilasedicilərin, könüllülərin və fəlakətin nəticələrinin aradan qaldırılmasında iştirak edən digər insanların real hekayələrini birinci ağızdan eşidəcəklər.

Bağlantı Qazaxıstanın səkkiz rayonundan təşkil olunacaq.

Onlayn yayım telekanalların rəsmi saytlarında, Facebook, YouTube, Telegram kanallarında, eləcə də “Kazinform”un saytında aparılacaq.

Siyasət rubrikasından digər xəbərlər