Bu gün Ukraynaya atılmış 76 Rusiya raketindən 60-ı zərərsizləşdirildi

19:27 16.12.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 16-da səhər saatlarında Rusiya Ukraynanın kritik infrastrukturuna 76 raket atıb. Onlardan 72-si qanadlı raketlər ("X-101", "Kalibr", "X-22") və 4-ü idarə olunan avia-raketlər ("X-59"/"X-31P") olub.

Hafta.az bu haqda “TSN”-ə istinadla xəbər verir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnının sözlərinə görə, Hərbi Hava Qüvvələrinin,  Zenit-raket qoşunları və Quru Qoşunlarının hava hücumundan müdafiə qüvvələri  60 raketi məhv edib.

"Raket terroru və düşmənin Kiyevin hava hücumundan müdafiə sistemini yarmaq üçün həyasız cəhdləri bizi silahı yerə qoymağa məcbur etməyəcək. Ukrayna Silahlı Qüvvələrinə inanın!" -deyə baş komandan bəyan edib.