Bu gün Xırdalanda su olmayacaq

10:24 25.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar bu gün Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Bu barədə hafta.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər görülür.